Bazar, 01 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gürcüstan-Rusiya sərhədində vəziyyət dözülməzdir

Gürcüstandan Rusiyaya gedən yeganə avtomobil magistralı Yuxarı Lars yolunda (Gürcüstan Hərbi yolu) vəziyyət dözülməz həddə çatıb

AzərTAc xəbər verir ki, bütün xəbərdarlıqlara baxmayaraq Gürcüstandan Rusiyaya, eləcə də əks istiqamətə hərəkət edən yük və minik avtomobillərinin sərhəd-keçid məntəqəsinə doğru hərəkəti davam edir.

Gürcüstan Avtomobil Yolları Departamentindən bildiriblər ki, hazırda Gürcüstan-Rusiya keçid məntəqəsində 1000-ə yaxın avtomobil dayanır. Onlardan 630-u minik, 335-i isə yük avtomobilidir.

Azərbaycan ərazisindən və Türkiyədən Gürcüstana gələn yük və minik avtomobillərinə bu ölkədən keçməklə Rusiyaya getməyin mümkünsüz olması barədə xəbərdarlıq edilir və Rusiyaya Azərbaycanın şimal bölgəsindəki Yarıq-Qazmalar sərhəd keçid məntəqəsindən daxil olmaq məsləhət görülür. Sürücülərə Rusiya tərəfindən də eyni xəbərdarlıq edilir.

Sərhəd keçid məntəqəsinin dekabrın 30-da açılacağı barədə yayılan məlumatlar da özünü doğrultmayıb. Sinoptiklər dekabrın 30-dan yanvarın 10-dək Gürcüstan ərazisində havanın yenidən kəskin dəyişəcəyi barədə xəbərdarlıq edirlər. Bunu nəzərə alan Gürcüstan rəsmiləri avtomobil sahiblərinə və vətəndaşlara xəbərdarlıq edir, onlara Rusiyaya hava nəqliyyatı, Batumidən dənizdən keçməklə (parom vasitəsilə) və yaxud da Azərbaycan ərazisindən keçməklə Yaraq-Qazmalar sərhəd-keçid məntəqəsindən getməyi tövsiyə edir.

Yolda təcili tibbi yardım briqadaları, fövqəladə hallar xidməti və digər aidiyyəti qurumların əməkdaşları sürücülərə, sərnişinlərə lazımi xidmət göstərir. Psixoloqlar ehtiyacı olanlara yardım edirlər.

Yuxarı Larsda çoxfunksiyalı yeməkxana, ana və uşaqlar üçün səyyar otaqlar quraşdırılıb.

Məlumat üçün qeyd edək ki, dekabrın 26-da Hərbi-Gürcüstan yolunda bütün növ avtomobillərin hərəkətinə qadağa tətbiq edilib.

Buna səbəb güclü qar yağması, yolların buz bağlaması və dağlıq bölgələrdə qar uçqunudur.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qayınata toy günü bəyi bir yumruqla yerə sərdi - Video

Sentyabrda şanslı olacaq bürclər: Ay tutulması və...

DGK və Aydın Talıbovun rəhbərlik etdiyi holdinqə daxil olan şirkət arasında çəkişmə

Naxçıvanda parlament seçkiləri 331 məntəqədə keçiriləcək

Baku TV: Dövlətə xəyanətdə ittiham olunan Bəhruz Səmədov Ermənistana hansı məlumatları ötürüb? - Video

Rəsmi Bakı: Ermənistanın Azərbaycana qarşı gizli gündəmi mövcuddur

Ermənistanda AES enerji sisteminə qoşulub - Yenilənib

Ən çox oxunanalar